6d28578ea7 Qarabag ve serqi zengezurda muasir berpa quruculuq modeli

Dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalandı.

Dördtərəfli saziş Rumıniya ilə Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutur.

İqtisadçı ekspert Elçin Süleymanov Globalinfo.az-a bildirib ki, yaşıl enerji məsələsi son dövrlər aktual mövzulardan biridir:

“Qlobal istiləşməyə qarşı mücadilədə ölkələr istixana qazlarının istifadəsinin həcmini azaltma öhdəliyi götürür. Bununla əlaqəli Kioto protokoluna Azərbaycan da daxil olub və öz enerji istehsalının ən azı 20%-nin alternativ və bərpa olunan enerji mənbələrindən istifadə öhdəliyi götürüb. Uca yaradan Azərbaycana neft və təbii qazla yanaşı, bərpa olunan enerji resursları baxımdan da çox səxavətli davranıb.

Alternativ enerji resursları üçün altyapının bahalı olması səbəbindən hələ ki, bu sistem arzuolunan səviyyədə qurulmayıb. Amma Qarabağın işğaldan azad edilmiş ərazilərində bu texnologiyalardan artıq istifadə olunur”.

E.Süleymanov əlavə edib ki, bu günlərdə cənab Prezidentin də qeyd etdiyi kimi bir neçə qlobal şirkət Azərbaycanda alternativ və bərpa edilən enerji sahəsinə böyük investisiya qoymağı planlaşdırır:

“Rumıniyada imzalanan müqavilə və bu investisiyalar sayəsində əldə ediləcək enerjinin bir hissəsinin Qara dəniz vasitəsilə Rumıniya və Macarıstana ötürülməsi  təmin olunacaq. Bu 3 milyard MVt dəyərindədir. Azərbaycan təqribən 10 MVt-lıq alternativ enerji istehsalını nəzərdə tutur və bunun 7 MVt-nı daxili bazar, 3 MVt-nı bu müqavilə ilə xaricə satmaq planlaşdırılır”.

Ekspert hesab edir ki, Azərbaycan bu müqavilə ilə enerji ixracında neft və təbii qazdan sonra üçüncü fazaya keçmiş olur:

“Bu cür strateji müqavilələr Azərbaycanın eyni zamanda, iqtisadi yönü ilə yanaşı siyasi və strateji yönünü də gücləndirir. İstər Bakı-Tbilisi- Ceyhan, istərsə də TANAP və TAP layihəsi ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə kifayət qədər qatqı verir. İstər Rusiya-Gürcüstan müharibəsi, istərsə də son illərdə yaşanan hadisələr Avropanın enerji təchizatındakı alternativlərə yönəlməsini daha da sürətləndirdi və Azərbaycanın strateji əhəmiyyəti artmağa başladı.

Son günlərdə Prezident İlham Əliyevin həm Türkmənistan səfəri, həm Rumıniyada sazişin imzalanması alternativ enerji istiqaməti olaraq Azərbaycanın önəmini artırdı. Düşünürəm ki, 2036-cı illərdə neft istehsalının azalması fonunda alternativ və yenilənə bilən enerji resursları ilə Azərbaycan qlobal enerji bazarında əhəmiyyətli oyunçulardan biri olacaq. Bizim həm təbii qaz resursu, həm də günəş və külək enerjisi resursumuz kifayət qədərdir”.

O, ikinci nüans olaraq Qarabağda, Zəngəzurda böyük investisiyaların yatırılmasının nəzərdə tutulduğunu qeyd edib:

“Bu da Qarabağa milyardlarla investisiya gəlməsi deməkdir. Bu investisiyalar gəldikdən sonra orda sülh və əminamanlığa dəstək mexanizmi olacaq. Burada xüsusilə bir neçə ərəb ölkəsinin, həmçinin BP-nin böyük layihələri var”.

Gülnar Səlimova,

Globalinfo.az

Paylaş: