Ukraynanın xarici işlər naziri Andrey Sibiqa oktyabrın 21-də Türkiyəyə rəsmi səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Sibiqa Ukrayna-Türkiyə əməkdaşlığına dair danışıqlar aparacaq.
Sibiqa Ankaraya səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və ticarət naziri Ömər Bolat ilə görüşəcək.
Görüşlərdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Səfər iki gün davam edəcək.