MN məlumat yaydı: “Oktyabrın 21-dən etibarən Ordumuz…”

MN məlumat yaydı: "Oktyabrın 21-dən etibarən Ordumuz..."

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüș sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.

Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, döyüş sursatlarının məhv edilməsi prosesi 21.10.2024-cü il tarixdən 25.10.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.