1693980316 1619550209 modern az 7df6e4f7 8676 35b1 a59d 428b09a052bb850 5f457e2767b11 731

Ağdamda 94 yaşlı kişini avtomobil vurub.

Globalinfo.az-ın xəbərinə görə, hadisə rayonun Zəngişalı kəndində baş verib.

Yolu keçərkən kənd sakini Sokrat Mahmudovu hərəkətdə olan “Mercedes” markalı avtomobil vurub.

Yaralı S.Mahmudov Ağdam Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: