Gümrüdə Paşinyana hücum: Mühafizəçiləri qaçdı

Gümrüdə Paşinyana hücum: Mühafizəçiləri qaçdı

Xəbər verdiyimiz kimi, ötən gün Gümrüyə səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün rayon ərazisində  velosipedlə gəzməyə çıxıb. 

Globalinfo.az xəbər verir ki, Gümrü sakinləri “Hraparak” qəzetinə baş nazirin gəzinti zamanı sahibsiz itlərin hücumuna məruz qaldığını bildiriblər.

Qəzet yazır ki, dünən rayona səfər edən baş nazir bu gün səhər velosipedlə gəzintiyə çıxıb. Bu zaman onu mühafizəçiləri müşayiət ediblər.

Rayonun Sladobka bölgəsindən keçərkən sahibsiz itlərin onlara hücum etdiyi bildirilir. Məlumata görə, Paşinyan və mühafizəçiləri təşviş içində həmin bölgədən qaçıblar.

Sakinlərin sözlərinə görə, hazırda bütün rayon bu hadisədən danışır.

Əliyar Xəlil
Globalinfo.az