İstanbulda keçirilən “3+3” regional əməkdaşlıq platformasının iştirakçıları yekun bəyanatla çıxış ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Məlumata görə, platforma iştirakçıları görüləcək işlərin vacibliyi haqda danışıblar. Eləcə də Gürcüstanın platformaya qoşulacağına ümid etdiklərini bildiriblər.
“İkitərəfli danışıqlar regional sülhə və iqtisadi inkişafa böyük töhfə verəcək. Platformanın qapıları Gürcüstanın üzünə hər zaman açıqdır”, – deyə birgə bəyanatda vurğulanıb.
Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində “3+3” platformasının iclası keçirilib. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirləri iştirak edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az