Milli Məclisin rəyasət heyətinin formalaşdırılmasına ehtiyac var.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.
“Niderlandda Azərbaycana qarşı 2 bədnam qətnamə qəbul edilib. Milli Məclis adından onlara layiqli cavab verildi. Parlament adından qərarlar verilmək, bəyanatlarla çıxış etmək üçün kollegial orqan yaradılmalıdır. Yaxud da Milli Məclisin sədrinə bəyanatlarla çıxış etmək imkanın olması səlahiyyəti verilməlidir”, deputat bildirib.
Safura Bənnayeva
Globalinfo.az