hakan fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraillə İran arasında müharibə təhlükəsi barədə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, Fidan bu barədə “Haber Global” telekanalının efirində deyib.

O bildirib ki, əksər dövlətlər indiki vəziyyətdə hələ də konkret mövqe tuta bilmirlər

“Hazırda biz hadisələrin qarşıdurmaya çevrilməsi prosesi ilə üz-üzəyik. Qəzzada, Livanda fələstinlilərin qətliamı baş verir. Bu, mümkün müharibə riskini daha da artırır. Təəssüf ki, bu məsələ Fələstin problemi ilə iç-içədir. Türkiyə bununla bağlı çox ciddi xəbərdarlıqlar edir, mesajlar ötürür, məxfi məlumatları paylaşır”, – deyə Fidan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: