“Ukraynanın indiki status-kvoya tabe etdirilməsi, Zelenskinin sonu ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu “Chatam House”un analitiki Ceyms Niksi Azadlıq Radiosunun gürcü xidmətinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Qərb Ukrayna savaşından qalib çıxmaq üçün lazımi qədər səy göstərmir:
“Bayden və seçilərsə, Harris administrasiyası Rusiyanın məğlubiyyəti versiyasına rahat yanaşmır. Onlar bunun anarxiyaya, nüvə silahlarının yayılmasına, vətəndaş müharibəsinə səbəb olacağından qorxurlar”.
Niksi hazırda ən təhlükəli vəziyyətin Ukraynanın qurban verilməsi olduğunu deyib:
“Artıq ən pis ssenarinin içindəyik: Ukrayna işğal edilə bilər. Ancaq əsl çirkli və narahatlıq doğuran həqiqət budur ki, Ukrayna qurban verilməsi mümkündür”.
Analitik hazırda əsas problemin Qərbdəki siyasətçilərdə olduğunu və onların müəyyən addımları atmaqdan qorxduqlarını söyləyib. O, ABŞ-ın Ukraynada özünün ən minimal gücünü göstərdiyini və maksimumu ortaya qoymaq istəmədiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az