Bu gecə 01:00-dan 07:00-a qədər “Azericard” prosessinq mərkəzində təkmilləşdirmə işləri aparıldığına görə, qeyd edilən müddət ərzində 15-ə yaxın bankın kartında əməliyyatlar zamanı məhdudiyyətlərin yarana biləcəyi ilə bağlı informasiya yayılıb.
Globalinfo.az xəbər verir ki, “Azericard” yayılan bu xəbərin həqiqəti əks etdirmədiyini bildirib.
Belə ki, “Azəricard” tərəfindən planlı yenilənmə işləri həyata keçiriləcək. Qısa təsir altına 3DS, SMS, Kart atrsnsfer və bəzi interfeys sistemləri düşə bilər. Əsas kanallar üzrə (POS, ATM) bank kartlarının fəaliyyətində hər hansı çətinlik olmayacaq.














