moskva 12 scaled

“Rusiya və Koreya Xalq Demokratik Respublikası arasındakı saziş təhlükəsizlik sektoru da daxil olmaqla, bütün sahələrdə dərin əməkdaşlığı nəzərdə tutur”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, Şimali və Cənubi Koreya arasında müharibə baş verəcəyi halda Rusiyanın mövqeyinin necə olacağına dair sualı cavablandırıb.

“Sazişdəki ifadələrin aydınlaşdırılmasına ehtiyac yoxdur, onlar kifayət qədər birmənalıdır”, – Peskov bildirib.

Qeyd edək ki, Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında 2024-cü il iyunun 19-da Pxenyanda hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Sənəd tərəflərdən birinə hücum zamanı hərbi və digər yardımları nəzərdə tutur.

Paylaş: