“İrana zərbə energetika bazarında çöküşə səbəb olacaq. Qərb ölkələri məhz bundan qorxur”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya”nın köşə yazarı Arman Vaneskeqyanın məqaləsində deyilir.
Müəllif bildirir ki, İsrail İrana hücum etsə, iranlılar cavabında neft obyektlərinə və qazma qurğularına zərbələr endirə bilər.
“Ola bilər ki, bütün bunlar şahzadə Məhəmməd bin Salman (Səudiyyə Ərəbistanı) Abbas Araqçının (İran İslam Respublikası) qapalı görüşündə müzakirə edilib. Bundan dərhal sonra Səudiyyə, Qətər və digər əmirliklər Amerika Birləşmiş Ştatlarına İrana zərbə endirmək üçün hava məkanından istifadəyə icazə verməyəcəklərini açıqladılar.
Vaşinqton isə İrana hücum zamanı enerji resurslarının çökməsinə görə məsuliyyəti bölüşəcək bir dövlət axtarışındadır. Bu, həqiqətən amerikalıları qorxudan bir məsələdir. Çünki enerji qiymətlərindəki fəlakətli sıçrayışın hansı nəticələrə yol açacağını təsəvvür etmək çətin deyil. İranın təkcə İraqın neft və qaz buruqlarını vurması dünyada enerji fəlakətinin başlaması üçün kifayətdir. Üstəlik, Qərb mediasının etibarlı mənbələrinin məlumatına görə, bu zərbələrə həm Yəməndən husilər, həm də İraqdan olan digər proksi qüvvələr qoşula bilər”.
Məqalədə İrana zərbələr fonunda iranlılardan çoxlu neft alan Çinin sərt reaksiya verəcəyi ilə bağlı fikirlər yer alıb.
“Baş verənlər sənayesi və iqtisadiyyatı onsuz da çətin dövr keçirən bütün Avropa İttifaqına da ciddi təsir göstərəcək. Bütün bu regional xaosda avropalıların mövqeyi daha aydındır. Görünür, Vaşinqtonun özü məsuliyyətin ən azı bir hissəsini fransızların çiyninə (Makron həddən artıq aktivdir) yükləmək qərarına gəlib. Bu aspektdə Fransa ən yaxşı variantdır. Çünki onun Livanda təsir qalıqları hələ də qalmaqdadır”, – deyə məqalədə vurğulanır.
Müşviq Tofiqoğlu
Globalinfo.az