zemletrasenie

Gürcüstanda eyni vaxtda iki zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Seysmik Monitorinq üzrə Milli Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Tbilisidən təxminən 60 km aralıda, Tianeti regional mərkəzi yaxınlığındakı dağlarda qeydə alınıb.

İlk zəlzələ 3,9 bal gücündə olub. İkincinin gücü isə 3,8 bal təşkil edib.

Zəlzələ ocaqlar 26 və 15 km dərinlikdə yerləşib.

Dağıntılar barədə məlumat verilməyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: