Gürcüstanda MSK əməkdaşları təhdid olundu

Gürcüstanda MSK əməkdaşları təhdid olundu

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) əməkdaşları telefonla təhdid olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə MSK sədri Giorgi Kalandarişvili məlumat verib.

O bildirib ki, əməkdaşların mesajlarına təhdid mesajları gəlməyə başlayıb.

Onun sözlərinə görə, təhdid edənlər MSK həmkarlarının şəxsi məlumatlarını bilir, çünki mesajlarda ünvan sahiblərinin adları olur.

Kalandarişvili qeyd edib ki, MSK əməkdaşlarına rüşvət vermək, qorxutmaq kimi oxşar hallar əvvəllər də baş verib.