“Böyük Dəbilqə”: Kokauri gümüş, Fətiyev bürünc qazandı

"Böyük Dəbilqə": Kokauri gümüş, Fətiyev bürünc qazandı

18:55

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan “Böyük Dəbilqə” turnirinin sonuncu günündə bürünc medal qazanıb.

Globalinfo.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı üçüncü yer uğrunda görüşdə Macarıstan təmsilçisi Peter Safraniyə qalib gəlib.

***

Musa Hüseynli ilk görüşdə niderlandlı Mark Van Diykə uduzub.

***

İlk mərhələdən azad olan Uşanqi Kokauri yarışa uğurlu başlayıb. O, Esleken Kedo (Filippin) ilə görüşdə qalib gəlib. Uşanqinin növbəti rəqibi serbiyalı İqor Vrançar olub. Bu görüşü də qələbə ilə başa vuran təmsilçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Yelle Snippeyə (Niderland) qalib gələn Kokauru finalda Valeri Endotovskiy (AİN) ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə başa çatıb və cüdoçumuz bürünclə kifayətlənib.

***

İmran Yusifov Yur Spiykersə (Niderland) uduzaraq, “Böyük Dəbilqə” ilə erkən vidalaşıb.

Qeyd edək ki, daha öncə Zelim Tçkayev (81 kq) qızıl medal qazanıb. Acelya Toprak (57 kq) isə bürünc medal əldə edib.