BRİKS heç vaxt assosiasiya ölkələri arasında hərbi ittifaq olmayıb və olmaq niyyətində deyil.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilir ki, BRİKS beynəlxalq təşkilat və ya inteqrasiya strukturu deyil, bərabərliyə əsaslanan suveren dövlətlərin birliyidir.
Bu, üç əsas sahəyə əsaslanan çoxfunksiyalı strateji tərəfdaşlıqdır: siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəniyyət və humanitar əməkdaşlıq sahələrini özündə birləşdirir.