İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin baş katibi Antonio Quterreşi “arzuolunmaz şəxs” (persona non qrata) elan etmək qərarından dönməyəcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, Katz bu haqda “X” hesabında məlumat verib.
“Quterreş BMT-də dəstək üçün imza toplamağa cəhd etməyə davam edə bilər, qərar dəyişdirilməyəcək. BMT-nin baş katibini “arzuolunmaz şəxs” elan etmişik və İranın İsrailə raket hücumunu pisləmədiyinə görə onun İsrailə girişi qadağan olunub.”, – Katz vurğulayıb.