LBcqUarDdcS0I517W8qZPxSkbBg7PXRdlkUfB75O 1200

Şamaxı şəhərində “Nəsimi bağları” kompleksi yaradılır. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, kompleks ərazisində Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış heykəli olacaq.

Heykəl nəhəngliyi ilə diqqət çəkir və Şamaxının bir sıra yerlərindən aydın görünür.

Qeyd edək ki, heykəlin gələn il keçirilməsi nəzərdə tutulan Nəsimi festivalı çərçivəsində xüsusi təqdimatı nəzərdə tutulur.

Paylaş: