
“Dünyada qlobal köklü dəyişikliklərin yeni epoxası başlayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Aşqabadda çıxışı zamanı deyib.
O, yeni dünya nizamının formalaşmasının qaçılmaz olduğunu, Rusiyanın isə bütün dəyişikliklərə hazır olduğunu bildirib:
“Ümumi dünya və hərtərəfli inkişaf hər xalqın fikrini nəzərə almaq, hər dövlətin suveren kursuna hörmət etmək əsasında təmin edilə bilər. Rusiya çoxqütblü dünyanın formalaşması üçün maksimal geniş diskusiyaların tərəfdarı kimi çıxış edir. Moskva MDB, BRİKS, Avrasiya İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəki tərəfdaşları və dostlarıyla yeni dünya nizamının formalaşdırılması məsələlərini müzakirə etməyə hazırdır”.
Əliyar Xəlil
Globalinfo.az














