1720664523723

İsrail Hərbi Hava Qüvvələri bir saat ərzində Livandan uçan ikinci pilotsuz təyyarəni vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, pilotsuz təyyarə Yuxarı Qaliley üzərindən İsrailin hava məkanına daxil olmağa çalışıb.

Ona görə də, hava hücumu xəbərdarlığı elan edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, daha öncə Livana məxsus PUA-nın Yuxarı Qaliley üzərində hava məkanına soxulması ilə bağlı xəbərlər yayılmışdı.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: