pre cop29

Oktyabrın 10-da Bakıda Pre-COP29 konfransı işə başlayıb.

Globalinfo.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbir “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusuna həsr olunub.

Əvvəlcə COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Açılış mərasimində çıxış edən BMT Baş katibinin birinci müavini Amina Mohammed qlobal temperaturun 1,5 dərəcədən yuxarı artmasının astanasında olduğunu və “Milton” qasırğası kimi dəhşətli nəticələrin müşahidə edildiyini deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyəti müxtəlif mübarizə tədbirləri gördüyü üçün insanların hələ də ümidi var: “COP29 bu impulsu inkişaf etdirməli, ambisiya və götürülmüş öhdəlikləri real iqtisadi nəticələrə çevirməlidir. Noyabrda biz inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemin miqyasına uyğun gələn yeni iddialı iqlim maliyyəsi hədəfini razılaşdırmalıyıq”.

COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, iqlim dəyişmələrinin yaratdığı problemləri sərhədlər, dar maraqlar çərçivəsində həll etmək olmaz. “Biz bir yerdə işləməli, açıq və dürüst dialoqda iştirak etməliyik. Sessiya COP29-da uğurlu danışıqların aparılması üçün təşkil olunub. Gündəlikdə duran məsələlərin əhəmiyyətini nəzərə alaraq biz mümkün qədər onları əvvəlcədən razılaşdırmalıyıq.

Milli müəyyənləşdirilmiş töhfələr sənədləri (NDC) COP29 Sədrliyinin əsas prioritet istiqamətidir. Məqsədimiz odur ki, fəaliyyətlərə və inkişaf edən ölkələrə təkan verək və problemin mahiyyətini hər kəsə çatdıraq. Biz mümkün elementlər üzrə dəyişiklikləri görməliyik. Diqqəti təməlin qoyulmasına ciddi yönəltməliyik ki, digər məsələlər üzrə də müzakirələr müvəffəqiyyətli keçsin. Eyni zamanda, məsuliyyətimizi ciddi qəbul etməli, müddətləri nəzərə almalı və həllər ortaya qoymalıyıq. Məqsədlərə nail olunmasında şəffaflığı, əlçatanlığı, ədaləti təmin etməliyik. Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istəyirik. Bu, maliyyə və texniki resursları səfərbər etmək üçün çox vacibdir. Çünki bu, iddialarımızı irəli aparacaq və karbon bazarlarının yaradılması ilə əlaqədar daha ciddi nailiyyətlər ortaya qoyacaq. Hazırda niyyətləri konkret nəticələrə çevirməli olduğumuzu düşünürük. Biz körpülər yaradırıq, lakin tələb olunan daha böyükdür”, – deyə nazir bildirib.

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri və COP28-in Prezidenti Sultan Əl Cəbirin sözlərinə görə, bugünkü narahat və parçalanmış dünyada 1,5 dərəcə hədəfinə çatmaq və iqlim böhranının ön cəbhəsində olanları qorumaq üçün kollektiv səyləri ikiqat artırmaq lazımdır. “Beynəlxalq ictimaiyyət ötən il Dubayda əldə edilmiş uğuru builki COP29-da inkişaf etdirməlidir. COP29-da maliyyələşdirmə məsələləri müzakirə edilməlidir. Maliyyə ən vacib məsələdir, BƏƏ konsensusunun təməl daşı idi. Vəsaitlər ən həssas əhali təbəqələrinin dəstəklənməsinə yönəldilməlidir ki, onların iqlim dəyişikliklərinə davamlılığı təmin edilsin və nəticələrlə mübarizədə dəstək göstərilsin”, – deyə COP28 Prezidenti bildirib.

Maliyyənin iqlim gündəliyində ən vacib mövzulardan biri olduğunu deyən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still qeyd edib ki, COP29 konkret nəticələrə nail olmağa kömək edən stimullaşdırıcı konfrans olmalıdır: “Bu, ötən il Birləşmiş Ərəb

Əmirliklərində tarixi konsensus çərçivəsində götürülmüş öhdəlikləri həyata keçirməyə və real iqtisadiyyata fayda verməyə kömək edəcək. Aydındır ki, maliyyə bu il konkret nəticələrə çatmaqda əsas rol oynayır”.

O qeyd edib ki, COP29 həm də Paris Sazişinin 6-cı maddəsi üzrə iddialı nəticələrin əldə olunmasını təmin etməlidir.

Köməkçi icra orqanının (SBI) sədri Nabil Munir öz çıxışında artıq bütün dünyada milli töhfələrin yenilənməsi prosesi başladığını diqqətə çatdırıb.

“Biz iqlim problemləri ilə bağlı həlledici işlər görməli olduğumuz vaxta gəlmişik.

Hazırda iqlim prosesləri ilə bağlı olduqca vacib mərhələdir. Prioritet istiqamətlər daha dərindən araşdırılmalıdır. COP29 iqlim problemləri istiqamətində görülən işlərə və bizim fəaliyyətimizə nəzər salmağa imkan yaradan platformadır. Hər kəsi bu sahədə daha cəsarətli addımlar atmağa çağırıram. Bu tədbir həlledici rol oynamalıdır. İnsanlar dünya tarixində baş verən ən isti ilin, eyni zamanda, buzlaqların əriməsinin şahidi oldu. Düşünürəm ki, biz innovativ tərəfdaşlıqlar qurmalıyıq”, – deyə Nabil Munir əlavə edib.

Konfrans yan tədbirlərlə və plenar sessiyalarla davam edib.

Tədbir zamanı Azərbaycanla Braziliya arasında Anlaşma Memorandumu imzalanıb. “Bakıdan Belemə (B2B) İqlim Tərəfdaşlığı” üzrə Anlaşma Memorandumunu (Memorandum of Understanding on the “Baku to Belem (B2B) Climate Partnership”) COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Braziliyanın Xarici İşlər Nazirliyinin İqlim, Enerji və Ətraf Mühit üzrə Katibi Andre Correa do Lago imzalayıblar.

Konfransın işinə oktyabrın 11-də yekun vurulacaq.

***10:31

Bakıda Pre-COP çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının nümayəndələri akkreditə olunmuş diplomatik korpusların təmsilçiləri, bir sıra ölkələrin hökumət rəsmiləri iştirak edib.

Əvvəlcə COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

BMT Baş katibinin müavini Amina J. Mohammed ümidvar olduğunu bildirib ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında (COP29) iştirakçı ölkələr iqlim məqsədlərinə nail olmaq üçün mühüm addımlar atacaqlar.

COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin çıxışında bildirib ki8, builki Pre-COP çərçivəsində müzakirə olunacaq məsələlər Bakıda keçiriləcək COP29-un əsasını təşkil edir.

O daha sonra vurğulayıb ki, hazırda əsas məqsəd COP29-da iştirakçı olan tərəflərin müəyyən etdiyi niyyətlərin konkret məqsədlərə çevrilməsidir:

“Bizim əsas məqsədimiz üzləşdiyimiz itki və zərərlərə cavab olaraq yaradılmış fond çərçivəsində bu itkilərin qarşısının alınmasından ibarətdir. İqlim dəyişikliyi milli məqsədlər və dar maraqlara cavab vermir. Əsas məqsədimiz birgə fəaliyyət çərçivəsində iqlim dəyişikliyi və onun yaratdığı fəsadların qarşısını almaqdan ibarət olmalıdır. Bizim hər birimizin, xüsusilə də inkişaf edən ölkələrin iqlim dəyişikliyi probleminin həllinə təkan verməsi bu məsələdə xüsusi önəm daşıyır. Əsas məqsədlərimizdən biri də Paris Sazişinin 26-cı maddəsi üzrə işləri tamamladıqdan ibarətdir. Bizim daha bir məqsədimiz İtki və Zərərlərə Cavab Verən Fondun bu sahədə problemlərin aradan qaldırılması istiqamətində səylərini artırmaqdan ibarətdir. Biz 140-dan çox ölkə və 120-dən çox qeyri-hökumət təşkilatından dəstək almışıq. Bütün nümayəndə heyətlərini bu müzakirələrə çevik qoşulmağa dəvət edirik. Bu sahədəki bütün texniki məsələlər və siyasi qərarlar paralel olaraq qəbul edilməlidir. Biz 6-cı maddə üzrə Rəhbər Şuranın toplantısını da keçirəcəyik. 6-cı maddə Norveç, Yeni Zelandiya, Sinqapur və Macarıstan kimi ölkələr tərəfindən idarə olunacaq. Hesab edirəm ki, COP29 həm Paris Sazişi, həm də çoxtərəflilik baxımından sınaq tədbiri olacaq”.

COP28-in Prezidenti, BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar naziri Sultan Al-Jaber isə əlavə edib ki, iqlim dəyişikliyinin qarşısının alınması üçün bütün maraqlı tərəflər əvvəlcədən razılaşdırılmış “BƏƏ konsensusu”na riayət etməlidir:

“Biz bütün tərəfləri gərgin əmək nəticəsində formalaşmış “BƏƏ Konsensusu” ətrafında birləşirdməyə nail olmuşuq. Dubayda götürülən öhdəliyə əsasən bu konsensus maraqlı tərəflərin geosiyasi münaqişələr fonunda bir araya gəlməsini özündə ehtiva edir. Biz bütün fəaliyyətimizi Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu sessiyası çərçivəsində qurmalıyıq. Bu sahədə maliyyələşmə çox vacib məsələdir. Məhz ona görə biz beynəlxaq maliyyə institutlarının iqlim dəyişikliyi ilə mübarizəyə daha çox investisiya ayırması istiqamətində çalışırıq. Qlobal aləm “BƏƏ konsensus”una əməl etməlidir. Daha sonra biz karbon bazarları ilə bağlı geniş araşdırma aparmalıyıq. İstər mitiqasiya, istərsə də adaptasiya ilə bağlı tədbirlər paralel keçirilməlidir. Mitiqasiya tədbirləri tərəflərin götürdüyü öhdəliklərin icrasını nəzərdə tutur. BƏƏ-də müəyyənləşdirilən məqsədlərin icrası tərəflərə iqtisadi mənfəət də qazandırır. “BƏƏ konsensusu” bundan sonrakı görüşlərdə də qabardılacaq”.

UNFCCC-nin icraçı katibi Saymon Stilin qənaətincə iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə məsələsi mühüm önəmə malikdir:

“COP29-un bizə müəyyənləşdirilən öhdəliklərin icrası istiqamətində vacib alət olmalıdır. Burada konkret nəticələr əldə edilməsi üçün maliyyələşmə vacib elementdir. Çünki bu faktor təmin olunmasa 2030-cu ilədək müəyyənləşdirilən məqsədlərin icrası mümkün olmayacaq. COP29 6-cı maddənin icrası üçün geniş imkanlar deməkdir. Bu ilin sonuna kimi şəffaflıq hesabatı, 2025-ci ilin axırına qədər isə milli adaptasiya planları hazır olacaq. Hesab edirəm ki, illi öhdəliklərin 1,5 səviyyəsində uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilməsi vacibdir. Hər zaman olduğu kimi UNFCCC COP29-un gedişində dəstək olmağa hazırıq”.

BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-Cop29) köməkçi icra orqanının (SBI) sədri Nabil Munir isə bildirib ki, növbəti iki gün ərzində, PreCop çərçovəsində narahatlıqlarımızı yenidən araşdırılması önəmlidir:

“COP29-da sizdən daha ciddi addımlar atmağı xahoş edirəm. Biz bilirik artıq elm nə deyir. Tarixdə ən isti ilin şahidi oldiq. Buzlaqlar əriyir. Mən burada danışanda da buzlaqlar əriyir. Biz elmi artıq nəticəyə çevirməliyik. Biz cəsarətli siyasi xətt qəbul etməliyik, körpülər qurmalıyıq. Təklif edirəm bunu edək”.

Qeyd edək ki, tədbir çərçivəsində panel müzakirələrin keçirilməsi nəzərdə tutulub.

***09:33

Bu gün Bakıda “PRE-COP29” tədbiri başlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusunda keçirilən tədbirin açılış mərasimində COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri və COP28-in prezidenti Sultan Əl Cəbir, BMT Baş katibinin birinci müavini Amina Mohammedi, təşkilatın İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still, Köməkçi icra orqanının sədri Nabil Munir çıxış edəcəklər.

Tədbir iki gün davam edəcək.

Bakıda “PRE-COP29” tədbiri başlayıb - FOTO Bakıda “PRE-COP29” tədbiri başlayıb - FOTO Bakıda “PRE-COP29” tədbiri başlayıb - FOTO Bakıda “PRE-COP29” tədbiri başlayıb - FOTO Bakıda “PRE-COP29” tədbiri başlayıb - FOTO Bakıda “PRE-COP29” tədbiri başlayıb - FOTO Bakıda “PRE-COP29” tədbiri başlayıb - FOTO Bakıda “PRE-COP29” tədbiri başlayıb - FOTO

Paylaş: