200086 ekly95zo2p

Milli Məclisin üzvü Fatma Yıldırım son günlər sosial şəbəkələrdə onun adından yayılan sitata aydınlıq gətirib. 

Deputat bu barədə özünün sosial şəbəkə hesabında yazıb. Globalinfo.az həmin açıqlamanı təqdim edir:

“Əziz həmvətənlərim!

Dünəndən sosial şəbəkələrdə mənim adımdan həqiqəti əks etdirmiyən, “feyk” xəbərlər paylaşılır. Diqqətinizə çatdırmaq istəyirəm ki, şəxsim mövzusunda heç bir jurnalistə müsahibə verməmişəm. Adımdan heç bir mənbəyə əsaslanmayan və sosial şəbəkələrdə paylaşılan böhtan xarekterli məlumatlar tamamilə yalandır!
Bu gün başlıca hədəfimiz Ermənistanın təxribatçı əməllərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olmaq, düşmənin törətdiyi təxribatların qarşısını alarkən canlarını qurban vermiş şəhidlərimizin ailələrinin və yaralılarımızın yanında olmaq, ən əsası isə dövlətçiliyimizin keşiyində dayanmaqdır!”.

Xatırladaq ki, Fatma Yıldırımın müsahibələrinin birində “Seçicilərim məni Ancelina Coliyə bənzədir” dediyi iddia olunurdu. Onun adından yayılan bu sitat Facebook və digər sosial şəbəkələrdə sürətlə yayılıb.

Paylaş: