“LGBT təbliğatı və xarici agentlər haqda bütün antidemokratik qanunların geri götürülməsi müqabilində Gürcüstana Avropanın maliyyə yardımı bərpa edilə bilər”
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Siyasət Xidmətinin rəhbəri Cozef Borell deyib.
Borel ittifaqın Tbilisi hökumətinin antidemokratik addımlarına artıq cavab verildiyini bildirib:
“Gürcüstanın Aİ-yə inteqrasiyası prosesi əngəlləndi, siyasi dialoqun səviyyəsi aşağı salındı və Avropa Sülh Fondu vasitəsilə 30 milyon avro məbləğində yardım dayandırıldı”.