“ABŞ-ın davranışları göstərir ki, Prezident İlham Əliyevin dediyi kimi biz həqiqətən də qalibiyyətimizlə sarsılmaz sanılan daşları yerlə bir etmişik”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin oktyabrın 8-də keçirilən plenar iclasında deyib.
O, ABŞ Senatının bir qrup konqresmeninin Dövlət katibi Antoni Blinkenə ünvanladığı məktuba münasibət bildirib:
“Aqressiv tövrləri ilə ABŞ etiraf edir ki, Vətən müharibəsində məğlub olan tərəf elə Vaşinqtonun özüdür. Bu, elə ağır məğlubiyyət olub ki, ABŞ öz konqresmenlərinin dili ilə özünə məktub yazacaq duruma düşüb. Biz heç vaxt Vaşinqtona düşmən gözü ilə baxmamışıq.
Beynəlxalq hüquq çərçivəsində bu ölkə ilə əməkdaşlığımızı davam etdirməliyik. Amma ABŞ göstərir ki, onun güclü müttəfiqə yox, sözəbaxan alətə ehtiyacı var. Vaşinqton dünyanın dörd bir yanında maraqlarını hərb yolu ilə gerçəkləşdirməyə davam edib, lakin bu münaqişə siyasəti Azərbaycanda fiaskoya uğrayıb”.
Safura Bənnayeva
Globalinfo.az