Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, Baş nazir bu münasibətlə Rusiya prezidentinə məktub göndərib.
N.Paşinyan Ermənistan-Rusiya əməkdaşlığının ardıcıl şəkildə gücləndirilməsinin vacibliyini vurğulayıb.
Ermənistan baş naziri qarşılıqlı faydalı tərəfdaşlığın birgə fəallaşmasını gözlədiyini də bildirib.
O, qarşılıqlı anlaşma, etimad və ölkələrin maraqlarına əsaslanan ikitərəfli dialoqun inkişaf etdirilməsinin vacibliyini bildirib.