İsrail ordusu ölkənin şimalındakı 3 bölgəni bağlı hərbi zona elan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
Məlumata görə, İsrailin şimalındakı Manara, İftaç və Malkiya əraziləri qapalı hərbi zonalar elan edilib və hazırda bu ərazilərə girişin qəti şəkildə qadağan edildiyi bildirilir.
Bu, ordunun Livanın cənubuna qurudan hücuma başlamasından sonra tətbiq edilən üçüncü qapalı hərbi zonadır.
Ordu İsrail-Livan sərhədinə yaxın Livan kəndlərinin sakinlərinə ərazini tərk etmək əmri verib.
Müşviq Tofiqoğlu
Globalinfo.az