f9f5d598 aa0e 320e b70b d39eb9e75192 850

Xankəndi-Laçın yolunda keçirilən aksiyanın iştirakçıları və Rusiya sülhməramlılarına Qətərdə keçirilən dünya çempionatının Xorvatiya və Mərakeş yığmaları arasındakı üçüncü yer uğrunda oyununu izləməsi üçün şərait yaradılıb.

Globalinfo.az xəbər verir ki, onlar ərazidə quraşdırılmış iri monitor vasitəsilə İctimai TV-nin efirində oyununu izləyirlər.

Havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçıları ərazidədir.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, sülhmərmalılar da iri monitor vasitəsilə İctimai TV-nin efirində oyununu izləyirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

9af31481 9c7d 3d0d 8a09 4a5f24bc4092 d5e5fb7d bea0 331b a767 e2615944b9f4 2ea8217a bde8 3c84 87d8 ddafd68638a9

Paylaş: