cordan

Əfsanəvi oyunçu Maykl Cordanın Milli Basketbol Assosiasiyasında debüt oyununa bilet və onun avtoqrafı olan kart hərraca çıxarılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əşyalar oktyabrın sonuna qədər hərracda olacaq.

Qalib şəxsə həmçinin, Cordanın avtoqraf sessiyalarından eksklüziv fləş disk hədiyyə ediləcək.

Xatırladaq ki, Cordan MBA-da debüt oyununu “Vaşinqton Bullets”ə (indiki Vaşinqton Vizards) qarşı keçirib. Matçda Maykl 16 xal toplayıb, 6 ribaund, 7 məhsuldar ötürmə edib. Görüş 109:93 hesabı ilə “Çikaqo”nun xeyrinə başa çatıb.

maykl-cordanin-ilk-oyununa-bilet-herracla-satilacaq
018ea5e5 017b 4d0f 9836 67b04ec72608

Paylaş: