Irevan ermeni 15232


Ötən gün Ermənistanda keçirilən BCMA-“Urartu” futbol komandalarının matçından sonra əsgər paltarı geyinmiş izləyicilərə “Ah İstanbul, İstanbul” adlı kitab təqdim olunub. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Kitabın təqdim edilməsi erməni ictimaiyyətində birmənalı qarşılanmayıb və narazılığa səbəb olub.

Məlumata görə, kitab “Antares” nəşriyyatının materialıdır.

Nəşriyyat rəsmi bildirib ki, əsas məsələ kitab paylanılmasıdır, onun fransız, yaxud türklərə aid olması deyil:

“Yeni nəşr olunmuş bütün kitablarımızı təsadüfi şəxslərə hədiyyə edirik. Kitab kitabdır, qonşularımız, düşmənlərimiz və ümumilikdə bütün dünya haqqında məlumatlı olmaq lazımdır. İndi bəziləri İstanbul sözünü bəyənməyib, gərək kitabın adı “Polis” olardı, onda bəyənərdilər”.

Sözügedən kitabın hansı məzmunda olduğu isə açıqlanmayıb.

2f4f33fd 3b82 44fb ac76 783d89bc891b

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: