İsrailin Livana aviazərbələrindən sonra təxminən 300 mindən çox insan ölkəni tərk edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İnsanların əksəriyyətinin Suriyaya keçdiyi bildirilir.
Məlumata görə, son günlərdə Livandan Türkiyəyə uçuşlar da intensivləşib. Çox sayda livanlı və burada yaşayan suriyalının Türkiyəyə köçməyə çalışdığı iddia edilir. Məlumat Türkiyə ictimaiyyətində narazılıqla qarşılanıb.
Livanın nəqliyyat naziri Əli Hamiehin sözlərinə görə, əhalinin quru yolla ölkədən çıxış üçün istifadə etdiyi yol İsrail Silahlı Qüvvələri tərəfindən vurulub. İsrail ordusu buna səbəb kimi “Hizbullah”ın həmin yolla silah daşımasını göstərib.
Əliyar Xəlil
Globalinfo.az