fe6b77d0c5f5b82d3621501b4aaa074f

Bakının Nizami rayonunda 42 yaşlı kişi dava zamanı bıçaqlanıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Bayramov Cavid Mansur oğlu tanıdığı şəxs tərəfindən dava zamanı bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona hər iki qolun çoxsaylı kəsilmiş bıçaq yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Paylaş: