İraq Yaxın Şərqdə baş verən hadisələrə görə hava məkanını müvəqqəti olaraq bağlayıb.
Globalinfo.az xəbər verir ki, bunu İraqın nəqliyyat naziri Razak Muhaybes əs-Saadavi açıqlayıb.
O, ölkədə hava limanlarının fəaliyyətinin dayandırıldığını bildirib:
“İraq ərazisi üzərindən uçuş həyata keçirən mülki təyyarələrin təhlükəsizliyinin təmin olunması üçün öz hava məkanını müvəqqəti olaraq bağlayır”, – nazir vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














