FACİƏ: “Azərişığ”ın əməkdaşlarını cərəyan vurdu – Ölən var

FACİƏ: “Azərişığ”ın əməkdaşlarını cərəyan vurdu - Ölən var

“Azərişığ”ın iki əməkdaşını elektrik cərəyanı vurub.

Globalinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə elektrik yarımstansiyasında baş verib.

Belə ki, Ağdaş Elektrik Şəbəkəsinin əməkdaşları 1983-cü il təvəllüdlü Nəbiyev Ceyhun Vahid oğlu və 1986-cı il təvəllüdlü Mustafayev Elşən Etibar oğlunu elektrik cərəyanı  vurub.

Hadisə zamanı Nəbiyev Ceyhun Vahid oğlu hadisə yerində dünyasını dəyişib, Mustafayev Elşən Etibar oğlunun isə vəziyyəti ağırdır.