“Hələ də babat deyiləm. Danışanda əziyyət çəkirəm”.
Bu sözləri Globalinfo.az-a Xalq artisti, görkəmli xanəndə Arif Babayev səhhəti ilə bağlı danışarkən deyib.
O, son zamanlar səhhətinin stabil olmadığını qeyd edib:
“Bir müddət əvvəl əməliyyat olundum. O zamandan bu günə kimi yaxşı olmamışam. Hələ də dərman içirəm. Rahat danışa bilmirəm”.
Zaira Akifqızı
Globalinfo.az














