“Hizbullahın baş katibi Həsən Nəsrullahın qətli yəhudi dövlətinin heç bir beynəlxalq normalara əməl etmədiyini göstərdi”.
Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O bildirib ki, İsrail hakimiyyətinin törətdikləri cavabsız qalmayacaq.
“İsrailin cinayətləri cavabsız qalmayacaq. Həsən Nəsrullahı öldürməklə İsrail heç bir beynəlxalq normalara riayət etmədiyini bir daha nümayiş etdirdi. Belə cinayətkarlara imkanların verilməsi onları daha çox cinayət törətməyə sövq edir” .
İran Prezidenti Məsud Pezeşkian Livanı tək qoymamağa çağırıb, əks halda İsrailin Yaxın Şərqdəki digər ölkələrə hücuma başlayacağı ilə bağlı xəbərdarlıq edib.
“Biz Livan döyüşçülərinin tək qalmasına və qaniçən rejimin (İsrail) növbə ilə “Müqavimət oxu”nun digər ölkələrinə zərbə endirməsinə icazə verə bilmərik”, – deyə Pezeşkian vurğulayıb.














