
İsrailin husilərin nəzarətində olan Yəmənin Hudeydə şəhərinə endirdiyi zərbələr nəticəsində azı 4 nəfər ölüb, 29 nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə husilərin formalaşdırdığı hökumətdəki Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.
***19:56
İsrail Yəmənin husilərin nəzarətində olan Hodeyda limanında neft anbarlarına zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.
İsrail Ordusu bu məlumatı təsdiqləyib. Bildirilib ki, Hodeyda və Ras-İsa limanlarındakı obyektlərə zərbə endirilib. Hədəf elektrik stansiyası və liman olub. Hücumda İsrail Ordusunun 10 hərbi təyyarəsi iştirak edib. Qeyd edilib ki, husilər bu infrastrukturdan İran silahlarını və neftini regiona göndərmək üçün istifadə edir.
Qeyd edilib ki, bu hücum Yəməndə husilərin İsrailə 3 ballistik raket atmasına cavabdır.














