“Həsən Nəsrullah İsraili “kart evi” kimi xarakterizə edirdi. Lakin 10 gün ərzində qruplaşmanın bütün ali rəhbərliyi yüzlərlə üzvü ilə birlikdə məhv edilib”.
Globalinfo.az xəbər verir ki, bu açıqlamanı Atlantika Şurası beyin mərkəzinin baş elmi əməkdaşı Əhməd Fuad Əlxatib deyib.
“Nəsrullahın qətli və “Hizbullah”ın məhvi İran və onun etibarlı simalarının son 20 ildəki müqavimət təbliğatının məğlubiyyətidir. Həqiqətən, bu ölüm Tehranın İsrailə hücum üçün Livan, Qəzza, İraq və Yəmənə milyardlarla dollar yatırdığını nümayiş etdirdi. İran bu simalara böyük yatırımlar etmişdi, amma onların Qəzza və Livanda məhvi göstərir ki, bu, İranın müqavimət oxunun sonunun başlanğıcı ola bilər”, – o bildirib.
Əliyar Xəlil
Globalinfo.az














