Portuqaliyalı futbolçu Kriştianu Ronaldo Madriddəki hotelində işləmək üçün əməkdaşlar axtarır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Marca” qəzeti yazıb.
Nəşr bildirir ki, “Pestana CR7” hotelinə menecer, xadimə, nəzarətçi, qapıçı, resepsionist və kiçik ofisiant lazımdır.
Namizədlərdən tələblərə yüksək səviyyədə ingilis dili (B2 və ya C1), orta və ya ali peşə təhsili tələb olunur.
Menecer vəzifəsi üçün aylıq maaş 2300 (4366 manat), ofisiant vəzifəsi üçün 1300 avrodur (2468 manat).
İldə 200 milyon avrodan çox qazanan futbolçunun təyin etdiyi maaşlar birmənalı qarşılanmayıb.














