Livan da matəm elan etdi

Livan da matəm elan etdi

Livanda Hizbullah lideri Seyid Həsən Nəsrullahın öldürülməsinə görə, üç günlük matəm elan edilib.

Globalinfo.az-ın xəbərinə görə, Livanın Baş naziri Najib Mikati bildirib ki, rəsmi matəm bazar ertəsi ictimai binalardakı bayraqların yarıya endirilməsi ilə başlayacaq.

Nəsrullahın dəfn günü dövlət idarələri də bağlı olacaq.

Hələlik Hizbullah dəfn tarixini açıqlamayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az