Sentyabrın 30-da VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası keçiriləcək.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, payız sessiyasının ilk iclasında Ali Məclisin payız sessiyası üçün qanunvericilik işləri planının təsdiq edilməsi, İntizam komissiyası və komitələrin tərkibinin formalaşdırılması nəzərdə tutulur.














