İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi İsrailin Livan və Fələstinə hücumlarını müzakirə etmək üçün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə sammitini çağırıb.
Globalinfo.az-ın Axar.az-a istinadən xəbərinə görə, K.Qaribabadi BMT Baş Assambleyasında çıxışı zamanı vurğulayıb ki, İslam dünyası dönüş nöqtəsindədir və bir sıra ciddi problemlərlə, xüsusilə prioritet olan Fələstin məsələsi ilə üz-üzədir.
İranlı diplomat Livan və Qəzzadakı xüsusi vəziyyəti nəzərə alaraq, İƏT-ə üzv ölkələrin dövlət başçılarının təcili iclasının keçirilməsini təklif edib.













