Paşinyanın Ərdoğanla görüşü Ermənistana heç nə vermədi, əksinə, onun möqeyini pisləşdirdi.
Globalinfo.az xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının liderlərindən biri sayılan Akop Ter-Xaçaturyan deyib.
“Bu görüşlə Türkiyə yalnız Ermənistan hökumətinin Türkiyə ilə münasibətləri düzəltmək üçün hər şeyə gedəcəyi, normallaşmanın Ankara üçün prioritet olmadığı, Ermənistan üçün önəmli olduğu fikrini gücləndirdi. Bu isə Ankaranı öz ön şərtlərindən əl çəkməməsinə və kompromisə getməməsinə gətirib çıxaracaq” – deyə o bildirib.
Daşnak lider həmçinin Sərkisyanın dönəmində də Türkiyənin ön şərtlər irəli sürdüyünü, amma bunun içində Bakı ilə münasibətlərin normallaşmasının olmadığını söyləyib:
“Bütün bunlar o zaman baş verirdi ki, Ermənistanın regionda mövqeyi indikindən bir neçə dəfə güclü idi. Bu gün Ermənistan zəifləyib, heç bir əsasımız yoxdur ki, Ankaranın öz önşərtlərindən imtina etdiyini deyək”.
Əliyar Xəlil
Globalinfo.az