İranın ali dini lideri Ayətullah Əli Xamenei gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə ölkə daxilində təhlükəsiz yerə köçürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

İddiaya görə, “Hizbullah” lideri Həsən Nəsrullahın ölüm xəbərindən sonra Ayətullah Xameneinin təhlükəsizlik tədbirləri gücləndirilib. Bundan sonra İranın necə addım atması ilə bağlı qruplaşmanın nümayəndələri və digər regional əməkdaşlarla əlaqə saxladığı bildirilir.

Qeyd edək ki, İsrail ordusu Şeyx Həsən Nəsrullah və qızının hava hücumu nəticəsində öldürüldüyünü açıqlayıb. İsran tərəfi isə bu məlumatı təkzib edir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: