Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında yük maşınının aşması nəticəsində yola dağılan maddənin mənşəyi məlum olub.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, yola dağılan maddə bitum yox, dizel yanacağı imiş.
***09:23
Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük avtomobilinin aşması səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Globalinfo.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
***08:51
Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Globalinfo.az-a verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb.
Qeyd olunub ki, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun “20 Yanvar” stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.















