4bhd486dbd3656dyq 800C450

İsrailin yeni hava hücumu nəticəsində Beyrutun cənubunda güclü partlayışlar baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Partlayışlardan sonra Livanın paytaxtı Beyrut tüstüyə bürünüb.

İddialara görə, İsrail “Hizbullah”ın Beyrutdakı mərkəzi qərargahına hücum edərək təşkilatın lideri Həsən Nəsrullahı hədəfə alıb.

“The Jerusalem Post” yazır ki, zərbənin hədəfinin Nəsrullah olması ilə bağlı heç bir rəsmi təsdiq yoxdur.

Suriya mənbələri H.Nəsrullahın öldürüldüyünü iddia edirlər.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: