Xalq artisti əsəbiləşdi: “Yenə məndən nə yazıblar?”

Xalq artisti əsəbiləşdi: "Yenə məndən nə yazıblar?"

Xəbər verdiyimiz kimi xalq artisti Könül Xasıyevanın boğazında xərçəng aşkarlanıb. Bu məqsədlə sənətçinin Almaniyada müalicəsi üçün 250 min manat toplanmışdı.

Globalinfo.az bildirir ki, Könül Xasıyevanın Almaniyaya gedib-getməməsi, səhhəti ilə bağlı məlumatı dəqiqləşdirmək üçün onunla əlaqə saxladıq. Xalq artisti Qaynarinfo-ya açıqlamasında Bakıda olduğunu bildirib.

“Yenə məndən nə yazıblar? Bu jurnalistlər məndən nə istəyir? Yaxşıyam, heç bir problemim yoxdur, əl çəkin. Bakıdayam”, deyən xanəndə əsəbi halda telefonu üzümüzə qapayıb.

Qeyd edək ki, Xalq artisti Könül Xasıyeva bir müddət əvvəl boğazında şiş aşkarlandığını və müalicə üçün maddi yardıma ehtiyacı olduğunu açıqlamışdı.

Xanəndə İnstaqramda müraciət ünvanlayaraq, 254 min manat toplanmasını istəmişdi.