İranın xarici işlər naziri Abbas Araqçi BMT Baş Assambleyasının 79-cu sammiti çərçivəsində Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrell ilə danışıqlar aparıb.
Globalinfo.az xəbər verir ki, Əraqçi Avropa İttifaqını bəzi üzv ölkələrin İsrailə dəstəyini dayandırmağa çağırıb.
“Aİ-nin Ali Nümayəndəsi ilə nüvə danışıqları, İsrailin Livana təcavüzü nəticəsində Yaxın Şərqdə yaranmış təhlükəli vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə faydalı müzakirələr apardıq. Həmçinin insan hüquqlarının müdafiəsi haqqında fikir mübadiləsi etdik”, – deyə Əraqçi vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az