“Hizbullah”ın Təl-Əvivi vurmasına ABŞ belə reaksiya verdi

"Hizbullah"ın Təl-Əvivi vurmasına ABŞ belə reaksiya verdi

“Hizbullah”ın Təl-Əvivə raket atması İsrailin əsas siyasi və hərbi dəstəkçisi olan ABŞ-ı dərindən narahat edir”.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Ev-in Milli Təhlükəsizlik üzrə müşaviri Con Kirbi “CNN”ə açıqlamasında deyib.

O bildirib ki, tammiqyaslı müharibədən qaçmaq üçün yeganə yol diplomatiyadır.

“Bu, şübhəsiz ki, həm İsrail, həm də bizim üçün dərin narahatlıq doğurur. Gərginliyin azaldılmasına və genişmiqyaslı müharibənin qarşısının alınmasına yönəlmiş diplomatik həll üçün hələ vaxt və məkan var”, – deyə Kirbi vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az