“İran və Şimali Koreya kimi ölkələrin Rusiyaya hərbi dəstək verməsinin qarşısını alınmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib
O, Tehranın 2022-ci ildən Rusiyaya pilotsuz təyyarələr verdiyini bildirib:
“İran Rusiyada pilotsuz təyyarələr istehsal edən zavod tikib. Cəmi bir neçə həftə əvvəl Moskvaya yüzlərlə yaxın mənzilli ballistik raket göndərilib. İran bu silahlarla işləmək üçün ölkə daxilində rus əsgərlərə təlim keçir”.
Blinkenin sözlərinə görə, İran və Şimali Koreyanın Ukrayna müharibəsində Rusiyaya hərbi dəstəyi Rusiyanın özünün səs verdiyi Təhlükəsizlik Şurasının bir neçə qətnaməsini pozur.