“ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin Bakı Ekspo Mərkəzində açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti mərasimdə iştirak edib.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə müxtəlif ölkələri təmsil edən çoxsaylı şirkətlər və rəsmi nümayəndə heyəti bir araya gəlib.

Sərgi çərçivəsində ilk dəfə olaraq Müdafiə Nazirliyinin stendi də nümayiş olunur. Stenddə silahlanmada olan müasir silah sistemləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin təchizatı sərgilənir. Eyni zamanda Müdafiə Nazirliyinin tabeliyində olan təmir müəssisələrinin imkanları da təqdim edilir.

Sərgidə, həmçinin Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri barədə ətraflı məlumat verilir.

470f603eae6436eea6012953e3d185e6 b71f4e73f244dbf506ab28c518efd459 719e21b8d19929b4ff0892d3de45e9d0 d14e509602945ce8c2c8d5dfc32b0d3b d2a54640c73a42b8db6eb1e66941012e 0ffa11728b0b098ce986fed0535efbf3 b53d6392a0e20c5578cbf661f6946ddf c337a2e6161145fb97dbc2cd7b99c010 c184311154a9235af3b87cfd29165e68 730ffcaf01695c0a8c83b0d717922658

Paylaş: